• $
  • €
  • ₽
  • ₺
  • £

İnstaqramda narkotik qəbulunu təbliğ edən şəxs həbs olundu

İnstaqramda narkotik qəbulunu təbliğ edən şəxs həbs olundu
06.03.2021 11:19
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.


DİN Mətbut Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev və Abşeron rayon sakini Q.Əliyev sonuncunun idarə etdiyi "Nexia” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər.
 
Həmin avtomobilə keçirilən baxış zamanı oradan R.Əliyeva məxsus ayrı-ayrı bağlamalarda ümumi çəkisi 4 kiloqram 670 qram narkotik vasitə heroin, 270 qram psixotop maddə metamfetamin və 2 kiloqram 870 qram həşiş qətranı aşkarlanaraq götürülüb. R.Əliyevin həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.


Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda narkotik vasitələrin təbliği ilə məşğul olan Əli İsmayılzadə tutulub.


Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib Ə.İsmayılzadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.


O, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol