• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistan cəmiyyətində nifrət və Azərbaycanofobiya təzahürü müşahidə olunur

XİN: Ermənistan cəmiyyətində nifrət və Azərbaycanofobiya təzahürü müşahidə olunur
27.04.2021 13:38
"Müharibə bitdikdən beş ay sonra, hələ də Ermənistan cəmiyyətində nifrət və Azərbaycanofobiya təzahürü müşahidə olunur. Azərbaycanla barışıqdan və dinc yanaşı yaşamaqdan danışmağa cəsarət edən hər kəsin "xain" kimi qəbul edildiyini və təhqiramiz şəkildə "Azərbaycanlı" və "Türk" adlandırıldığını görmək narahatlıq doğurur. Üstəlik, məsuliyyətsiz və təhlükəli revanşizm və dözümsüzlük fikirləri dövlət səviyyəsində təbliğ olunur və təəssüf ki, Ermənistandakı bütün siyasi spektrdə paylaşılır".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycan Prezidentinə ünvanladığı məktubuna cavab olaraq nazirlikdən qeyd olunub ki, bütün bu qınanmalı gedişat, o cümlədən Ermənistan hakimiyyət orqanlarının Azərbaycana və azərbaycanlılara münasibətdə irqçi yanaşmasına görə hər hansı bir erməni məmuruna qarşı cəza tədbirinin görülməməsi bu günədək komissarın diqqətindən kənarda qalıb: "Azərbaycan ictimaiyyəti komissarın Ermənistan rəsmiləri tərəfindən bu cür açıq dözümsüzlük, irqçilik və ayrı-seçkilik təzahürləri ilə bağlı atdığı addımlardan xəbərsizdir.

Beləliklə də, 20 aprel 2021-ci il tarixli məktubunun Komissarın işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına aldığı və bunun Komissarın ofisi ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi vurğulanmalıdır. Üstəlik, məktubun qərəzsiz bir müraciətdən çox uzaq olması, onun "barışıq və barışığın təşviq edilməsi” kimi nəcib hədəfə zidd olduğunu açıq şəkildə nümayiş etdirir. Əksinə, bu, bölgədə mehriban qonşuluq münasibətləri qurmaq prosesini riskə atan revanşist dairələri cəsarətləndirir.

Azərbaycan, komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol