• $
  • €
  • ₽
  • ₺
  • £

Qənimətlər Parkına ziyarət Lavrovun səfər proqramına salınmalıdır - Protokol

Qənimətlər Parkına ziyarət Lavrovun səfər proqramına salınmalıdır - Protokol
06.05.2021 14:49
Protokol qaydası dedikdə,  Azərbaycan Respublikasındakı diplo­ma­­tik nümayəndəliklər, konsulluq müəssisələri və bey­nəl­­xalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplo­matik nümayəndəlik) əməkdaşlarının və onların ailə üzv­lərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazir­liyində (bundan sonra – Nazirlik) qeydiyyatını (bun­dan sonra - akkreditə olunmasını) tənzimləyir.

Ölkəmizdə  protokol qaydaları 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiya­la­rına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə, həmçinin Azər­baycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq qarşılıqlılıq prinsipinin nəzərə alinması şərti ilə həyata keçirilir.

Protokol təkcə beynəlxalq konvensiyaların tələblərini, münasibətlərin ruhunu tənzimləmək üçün nəzərdə tutulmayıb, o, qaydaların, ənənlərin və şərtlərin də toplusudur.

Yəni, hər ölkə özünəməxsus milli adət-ənənələri protokol qaydalarına əlvə edə bilər ki, bu da dövlətin suverenliyinin bariz nümunəsidir.
Məsələn, hər hansı bir yüksəkvəzifəli rəsmi şəxs Moskvaya gedəndə naməlum əsgər abidəsini, Türkiyəyə səfər edən Atatürkün mavzoleyini ziyarət edir ki, bu da rəsmi protokol qaydasıdır.

İşğalçı Ermənistanda isə rəsmi protokola görə səfər edən əcnəbi dövlət başçıları mütləq qondarma erməni soyqırımı abidəsini ziyarət etməlidir. Saxta tarixi rəsmiləşdirmək və başqa dövlətin rəsmi şəxslərini bu tetara alət etmək İrəvanın rəsmi siyasətidir. Təəssüf ki, bu gün İrəvana səfərə gələn (gedən yox) Lavrov da bu gün eyni prosedura riayət edib.

Azərbaycan Respublikası müstəqillik dövrü ərzində verdiyi qurbanlar və cəlb edildiyi müharibələr nəticəsində verdiyi itkilər sayəsində bütövlükdə bu kimi fəaliyyətlər müharibənin izlərini daşımalı olub.

İtkilər, məğlubiyyət və bütün rayonların mərkəzində şəhidlər xiyabanı.
Ən böyüyü isə Bakıdakı azadlıq qurbanlarının uyuduğu məzarıstan.

İndi isə Vətən Müharibəsi bütün reallıqları  dəyişdirib, o cümlədən dünyada bizə olan münasibəti də yeni keyfiyyətə qaldırıb.
Qalib ölkə kimi artıq öz ifadəsini və suverenitetini, dövlət gücünü bütün dünyaya da qəbul etdirmək zamanıdır.

Əksər həmfikir dostlar kimi mən də təklif edirəm ki, müstəqil ölkənin protokol proqramına Qənimətlər Parkını ziyarət də salınmalıdır.
İlk olaraq isə bu prosedur qayda Lavrovun bir neçə gün sonra Bakıya nəzərdə tutulan səfərində icra edilməlidir.

Əziz Əlibəyli
STM Mətbuat Xidmətinin rəhbəri


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol