• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

YAP-ın Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
22.06.2021 15:50
Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayevin başqa işə keçməsi ilə əlaqədar növbədənkənar hesabat-seçki yığıncağının keçirilməsinə zərurətin yarandığını bildirib, H.Paşayevə Mərkəzi Seçki Komissiyasının üzvü kimi gələcək fəaliyyətində uğurlar arzu edib.

Daha sonra yığıncağın gündəliyi təsdiq olunub. İlk olaraq, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin ötən dövr ərzindəki fəaliyyətinə dair hesabat dinlənilib. Hesabatı təqdim edən YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayev bildirib ki, təşkilat ötən dövr ərzində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı ilə sıx əməkdaşlıq edib. YAP Həmkarlar İttifaqı Komitəsi iş planına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin edib, eyni zamanda işçilərin sosial müdafiəsinin və istirahətinin təmin olunması istiqamətində müvafiq addımlar atıb. Bununla belə, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə nəzərdə tutulan tədbirlərin tam reallaşdırılması mümkün olmayıb.

Yığıncaqda daha sonra Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş komissiyasının sədri Mahir Abbasəliyevin hesabatı dinlənilib.

Hər iki hesabatın müzakirəsi zamanı yığıncaq iştirakçılarından Misirxan Vəliyev, Bəhruz Quliyev, Məhəmməd Məhərrəmov və Zəkiyə Musayeva çıxış edərək Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin ötən dövr ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Yığıncaqda çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin nümunəvi təşkilatlardan biri olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı bundan sonra da işçilərin əmək və sosial hüquqlarının təmin olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsi ilə sıx əməkdaşlıq edəcək.

Yığıncaqda daha sonra təşkilati məsələlərə baxılıb. YAP Həmkarlar İttifaqı Komitəsinin 11, Təftiş komissiyasının isə 5 nəfərdən ibarət tərkibi müəyyənləşib.

Partiyanın Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsi müdirnin müavini Qara Qarakişiyev YAP Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Yığıncaqda həmçinin, YAP Həmkarlar İttifaqının daimi komissiyaları formalaşdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol