"Deputat" sözü qanundan çıxarılsın - Elman Nəsirov

Təklif edirəm ki, deputat sözü millət vəkili sözü ilə əvəzlənsin.
Anews.az xəbər verir ki, bu sözləri deputat Elman Nəsirov Milli Məclisdı çıxışı zamanı deyib.
"Milli Məclis deputatının statusu haqqında” qanuna dəyişiklik edilsin. Oradan deputat sözü çıxarılıb, millət vəkili sözü əlavə edilməlidir. Çünki biz millətin vəkiliyik. Həm də deputat sözü alınma sözdür” - deyə əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
























