• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Yerevan: Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunları yerləşdiriləcək

Rəsmi Yerevan: Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunları yerləşdiriləcək
29.06.2021 10:49
"Rusiyanın sərhəd qoşunları Ermənistanla Azərbaycan arasında sərhəddə duracaq, sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra Ermənistan və Azərbaycan Sərhəd Qoşunları sərhəddə duracaqlar".


Virtualaz.org bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.

Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, əgər Ermənistanın "öz gücü çatmasa, həmin yerlərdə Rusiya qoşunları dayanacaqlar. Qəti qərara alınıb ki, Rusiya sərhədçiləri sərhəddə duracaqlar".


Bir müddət əvvəl "Azadlıq Radiosu"nun erməni redaksiyası Yerevanla Moskvanın Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi ilə bağlı danışıqlara başladıqlarını bildirmiş, bu məqsədlə Müdafiə Nazirliyinin, XİN-in, Ərazi idarəetmə və İnfrastruktur nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının, Ermənistan-Rusiya Birləşmiş Qrupunun, həmçinin Kadastr komitəsinin yüksək vəzifəli nümayəndələrindən ibarət erməni nümayəndə heyətinin Rusiya paytaxtına yola düşdüyünü yazmışdı.


Radio həmçinin xatırlatmışdı ki, Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Syunik vilayətində (Zəngəzur) ümumi sahəsi 3,5 hektara yaxın olan torpaq sahəsinin pulsuz istifadə hüququ ilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən sərhəd İdarəsinə ayrılması barədə qərar qəbul edilib. O da vurğulanmışdı ki, həmin  7 torpaq sahəsi Ermənistan hökumətinin "9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistanın cənub-şərq sərhədlərini möhkəmləndirmək lazımdır” əsaslandırmasına əsasən Rusiya sərhədçilərinin istifadəsinə keçir.


Söhbət laçın və Kəlbəcər rayonları istiqamətindən keçən dövlət sərhədindən gedir, hansı ki, Azərbaycan Silahlı Qüvvələri sovet dövrü xəritələrinə əsasən artıq həmin sərhədlərdə möhkəmlənib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol