• $
  • €
  • ₽
  • ₺
  • £

"Siz bir həftə hakimiyyətdə olsanız, and içirəm ki, Qarabağı birdəfəlik itirərik" -Deputat

"Siz bir həftə hakimiyyətdə olsanız, and içirəm ki, Qarabağı birdəfəlik itirərik" -Deputat
09.07.2021 11:48
"Ermənistan və erməni lobbisi Azərbaycanın üzərinə düşüb ki, qondarma rejimə status verilsin, Zəngəzur dəhlizi olmasın. Məni narahat edən ölkəmizdə ermənilərlə bərabər bir unisona üfürənlərdir. Adını siyasətçi qoyan bəziləri elə tutub ki, Zəngəzur olmayacaq, Xankəndi bizim deyil, niyə dayandıq, niyə erməniləri tam qovmadıq və sairə. Bu fitnə ilə ancaq xaricdə rahat oturub özünü Herakl hesab edənlər və Əli Kərimli məşğul idisə, indi onunla unisona üfürənlər də çoxalıb. Populizmə qapılaraq bunu xeyli siyasi partiya rəhbərləri deyir".


Anews.az xəbər verir ki, bunu parlametin növbədənkənar iclasında deputat Razı Nurullayev bildirib.

Deputat qeyd edib ki, bu şəkildə pafosla danışanların heç biri 27 sentyabrdan 28-nə çıxa bilməzdi:

"Kim ki deyir "niyə dayandıq?", onlar nəinki kənd, şəhər, heç bir qarış torpaq belə ala bilməzdilər. Yekə-yekə danışmağa nə var ki? Mingəçevir və Səngəçala raketlər düşsəydi nə edəcəkdiniz? Bakıda minlərlə adam bomba uçqunlarının altında inləyib can verəndə də deyəcəkdiniz ki, niyə vaxtında dayanmadınız?  Belə çıxır ki, Paşinyanla sizin düşüncəniz arasında fərq yoxdur. 

Niyə düşüncələriniz 90-cı illərin əvəvllərindən bu günə dəyişməyib? Elçibəy hökuməti zamanı az qala bütün Qarabağ azad edilmişdi də, niyə saxlaya bilmədik? Çünki elə indiki kimi düşüncəniz var idi və cəzası daha böyük əraziləri itirməklə nəticələndi, üstəlik də Elçibəy hakimiyyətinin itirilməsi baş verdi. Bu hakimiyyət sizlər kimi hay-küyə, yalançı qəhrəmanlığa və xaosa yer vermədiyindən 25 ildir ki, iqtidarını qoruyub saxlaya bilir. Siz bir həftə hakimiyyətdə olsanız, and içirəm ki, Qarabağı birdəfəlik itirərik, üstəlik müstəqilliyi də".

Deputat onu da vurğulayıb ki, bunun üçün yeni siyasi qüvvələr güclənməli, siyasi mədəniyyət formalaşmalıdır:

"Biz bu yolda addımlayırıq və ümidvaram ki, çox şey fərqli olacaq. Siyasəti lağlağıya çeviriblər. Əli Kərimli deyir ki, Prezidentlə görüşüm. Bütün dünyada hər kəs güclə, intellektlə, məntiqlə hesablaşır. Prezidentin bu sahə üzrə təyin etdiyi məmur var - Ədalət müəllim Vəliyev. Siz hələ görün intellektiniz, dünyagörüşünüz, savadınız onunla danışmağa bəs edirmi? 15 dəqiqə ərzində mat və pat olacaqsınız. Siyasət ərköyün uşaq deyil ki, nazına dözəsən. İndi intellekt və siyasi mədəniyyət zamanıdır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol