• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 19 illik Əfqanıstan missiyası...

Azərbaycanın 19 illik Əfqanıstan missiyası...
27.08.2021 22:15
Xəbər verdiyimiz kimi, Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları tam heyətdə Türkiyədən Bakıya gəlib.

"Qafqazinfo” xəbər verir ki, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək, xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.
Qeyd edək ki, hərbçilərimizin Əfqanıstandan ölkədən çıxmaq istəyən əfqanlara kömək etməsi barədə görüntülər yayılmışdı.

Görüntüləri Vaşinqtonun "Heritage Foundation” araşdırma institutunun hərbi eksperti Lyuk Koffi Tvitter hesabında paylaşmışdı.
Videoda Kabil aeroportundan çıxa bilməyən bir valideynin öz körpəsini xilas etmək üçün sülhməramlılara verməsi əksini tapmışdı. Həmin əsgərlərdən biri isə azərbaycanca danışırdı. Hərbi ekspert həmin əsgərlərin Azərbaycandan olduğunu vurğulamış və onların bu hərəkətini alqışlamışdı.
Bundan başqa, sülhməramlılarımızla bağlı bir sıra görüntülər yayılmış, onların fəaliyyəti təqdir olunmuşdu.
Xatırladaq ki, 20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.
15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb.
2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib.
Həmin ilin fevral ayında Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin  taboru tərkibində fəaliyyət göstərməyə başlayıb.
Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib.
5 oktyabr 2010-cu il tarixindən etibarən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq iki hərbi həkim və iki mühəndis-istehkam ixtisası üzrə olmaqla, dörd zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.
2015-ci ilin yanvar ayının 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən "Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında altı aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb.
İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 9 yanvar 2018-ci ildən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb.
Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.
Azərbaycan sülhməramlıları Kosovo, İraq və Sudanda da sülhməramlı əməliyyatlarda iştirak edib, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə veriblər.
 
 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol