• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıbala Abutalıbovun yanında “adını yaza bilməyən” idarə rəisləri işləyirmiş...

Hacıbala Abutalıbovun yanında “adını yaza bilməyən” idarə rəisləri işləyirmiş...
06.09.2021 16:12
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə  R.Quliyevin vəkili Ədalət Mövlanov vəsatətlə çıxış edərək D.Əliyeva küçəsi 141 ünvanında yaşayan sakinlərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Vəsatət hazırkı  mərhələdə baxılmamış saxlanılıb.

 Daha sonra keçmiş Aparat rəhbəri dövlət ittihamçısı Eldar Həmzəyevin suallarını cavablandırıb. Bildirib ki, həmin vaxt Bakı şəhər icra başçının səlahiyyətlərini  icra etmək səlahiyyəti olmayıb:


-O ərəfələrdə Bakı şəhər icra başçısının  müavini Rauf Pənahov  xəstə idi, buna görə işlə bağlı ləngimələr olurdu. Rauf müəllim rəhmətə gedəndən sonra Hacıbala Abutalıbov üç nəfər idarə rəisinin müavinliyə təqdimatını hazırlamağı tapşırdı. Onların içərisində mənim adım yox idi. Təqdimatlarla bağlı hər üçündən ərizə almalı idim. Amma o üç nəfərin ərizə yazmaq üçün intelektual potensialları çox aşağı idi. Bu barədə Hacıbala müəllimə məlumat verdim.

Rasim Quliyev prokurorun növbəti suallarına cavab olaraq  H.Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq icra etməyi ona həvalə etdiyini deyib:

-Bakı Şəhər İcra Hakimiyyətinin blankında sərəncam imzaladı. Sərəncamı araşdırdım, baxdım gördüm düzgün tərtib olunmayıb. Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Komissiyaya və Fövqəladə Hallar komissiyasına rəhbərlik etmişəm. Amma buna görə maaş almamışam, bu vəzifəni ictimai əsaslarla həyata keçirmişəm. Mən müavin vəzifəsinin  səlahiyyətlərini müvəqqəti icra edəndən sonra Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olundu.  Amma buna baxmayaraq o həm də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə özü nəzarət edirdi.


R.Quliyev deyib ki, 1 saylı İqtisadi İnzibati Məhkəməyə daxil olan məktubda göstərilib ki, R.Pənahov rəhmətə getdiyi üçün tikintiyə nəzarət işləri və icazə rəhbərliklə razılaşdırılmaqla ona həvalə edilib:

-Özbaşıma  heç bir sənədə imza ata bilməzdim. Bütün sənədlər rəhbərliklə razılaşdırmalı idim.  Həmin vaxt ərizə yazıb işdən çıxa da bilmirdim. Çünki icra başçısı və müavin postu boş idi. Eldar Əzizov birinci müavin təyin olunandan sonra ərizəmi yazıb işdən azad olundum. Öz ərizəmlə BŞİH-in aparat rəhbəri vəzifəsindən azad olunmuşam, müavin vəzifəsindən yox.

Belə çıxır ki, mən hələ də müavin vəzifəsində işləyirəm? Mən bu vaxta qədər o Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini maaşını almamışam. Mənim müavin səlahiyyətlərini qeyri-rəsmi icra etdiyimi  Ramiz Mehdiyev də bilirdi, digər aidiyyəti şəxslər də.  Onu da deyim ki, icra başçısı səlahiyyətlərini icra etməyim barədə də nə sərəncam var, nə də hansısa başqa sənəd.


R.Quliyev bildirib ki, tikintiyə sərəncamı və digər sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma  Baş İdarəsi hazırlayıb: " Mən razılaşdırılmış halda sərəncama qol çəkmişəm. Başçı əvəzi kimi gələn məktublara, sənədlərə mən baxmışam. Bu,  əsasnaməyə uyğun idi. Mən sərəncamı ekstremal şəraitdə imzalamışam, çünki həmin vaxt başçı başqa vəzifəyə təyin olunmuşdu, müavin isə rəhmətə getmişdi".

Sabiq Aparat rəhbəri  onu da deyib ki, sərəncam imzalanmamışdan əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbov D.Əliyeva 141 və 145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncam verib: "Sərəncamda göstərilib ki, həmin ünvanlarda söküntü-abadlaşdırma işləri aparılsın. Bu sərəncam məndən qabaq olub. Müqavilədə göstərilib ki, ərazidə abadlıq işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb".

Məhkəmə prosesi  sentyabrın 9-da,  saat 16:00 -da davam edəcək.


 R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində "FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.(virtualorg)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol