• $
  • €
  • ₽
  • ₺
  • £

Rus sülhməramlıları Qarabağda bu qədər erməniyə yardım göstəriblər

Rus sülhməramlıları Qarabağda bu qədər erməniyə yardım göstəriblər
08.09.2021 17:01
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağda məcburi köçkünlərə humanitar və tibbi yardım göstərməyə davam edirlər, bu barədə Rusiya Müdfiə Nazirliyi  məlumat yayıb.

Xüsusi təyinatlı tibb bölməsinin nevropatoloqu Xankəndi sakini Elena Qriqoryana ünvanlı yardım göstərilərkən xəstəliyin tarixi ilə tanış olmuş, xəstənin şikayətləri ilə bağlı sorğu keçirmiş, sonra tibbi müayinə və tövsiyələr verib.

"Xəstə müayinə edildi, şikayətlər və analiz müəyyən edildi, sənədlər öyrənildi, müayinə və müalicə üçün tövsiyələr verildi, bundan sonra xəstənin müayinələrinin nəticələrinə əsasən ikinci müayinə aparılacaq", - bunu Rusiya sülhməramlı kontingentinin tibb mütəxəssisi Petr Bulavinov deyib.

"Sülhməramlılara və həkimlərinizə yanıma gəlib məni müayinə etdiyiniz üçün təşəkkür etmək istəyirəm. Evdə tibbi yardım göstərilməsi xahişi ilə Rusiya sülhməramlı kontingentinin ictimai qəbuluna müraciət etdim. Dedilər ki, sülhməramlıların yaxşı həkimləri var, ona görə də müalicəyə müraciət etdim", - deyə erməni sakin Elena Qriqoryan bildirib.

Humanitar yardım mərkəzinin zabitləri ünvanlı yardım göstərməyə fərdi yanaşırlar. Sakinlərə əsas ehtiyaclar verilir - uşaqlar və böyüklər üçün paltar, ayaqqabı, yuyucu tozlar, yemək üçün qaz sobaları, mətbəx qabları, ərzaq dəstləri, yataq dəstləri, yastıqlar, yorğanlar, şəxsi gigiyena vasitələri, uşaq oyuncaqları, həmçinin fərdi tibbi çantalar.

Ümumilikdə, 2020-ci ilin noyabr ayından bu günə qədər çətin həyat vəziyyətində olan 6,5 mindən çox ehtiyacı olan miqrant, Dağlıq Qarabağdakı rus sülhməramlılarından humanitar və tibbi yardım alıb.

Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara əsasən, 10 noyabr 2020 -ci il Moskva vaxtı ilə saat 00:00 -dan etibarən tam atəşkəs və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılması elan edildi.

Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.
 
Tərcümə: Fehruz Rza

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol