• $
  • €
  • ₽
  • ₺
  • £

Füzuli aeroportuna Rusiyadan xüsusi reys olub

Füzuli aeroportuna Rusiyadan xüsusi reys olub
25.10.2021 15:58
Sabah Füzuli Beynəlxalq Hava Limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılışda iştirak edəcək. Bəs bundan sonra Füzuli Beynəlxalq Hava Limanı region üçün hansı töhfələri verəcək?

Milli Məclisin deputatı Vüqar Bayramov Anews.az-a açıqlamasında bildirib ki, hava limanı regionunun inkşafına təsir edəcək:

"Prezidentin qeyd etdiyi kimi Füzuli Hava Limanı Qarabağın hava qapısıdır. Təməl qoyma mərasimi yeni olub, görünən odur ki, ilkin yaşayış məhəlləsinin yaranması zaman alacaq. Konkret bir zaman deyilməsə də, bu proses bir-iki ili alacaq. Amma bunu da nəzərə alaq ki, Füzuli şəhəri artıq Şuşaya "Zəfər yolu” vasitəsiylə birləşir. Bu da imkan verə bilər ki, Şuşa şəhərinə gedən sərnişinlər hava limanından istifadə edə bilsin. Lakin təbii olaraq, Füzuli şəhəri bərpa olunana qədər daha çox yük daşınmaları üçün istifadə olunacaq".

Deputat Rusiyanın Tatarıstan Respublikasından Füzuli aeroportuna xüsusi reysin də həyata keçirildiyini açıqlayıb.

"Yaxınlarda Tatarıstandan Füzuliyə xüsusi reys oldu. Rəsmi açılışdan sonra bizim gözləntilərimiz daha çox olacaq. Bütünlükdə isə hava limanı regionda yük daşınmalarının həcminə təsir göstərəcək. Həm region vasitəsi ilə yük daşıyan ölkələr qazanacaq, həm də investisiyanın cəlb edilməsinə şərait yaradılacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol