• $
  • €
  • ₽
  • ₺
  • £

Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən danışdı

Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən danışdı
01.11.2021 10:25
Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verib.

Anews.az xəbər verir ki, X.Vəliyev bildirib ki, onlara daxil olan məlumat əsasında 2017-ci ilin may ayında cinayət işi başlanıb: "İstintaq zamanı bir neçə adamın dövlətə xəyanət etdiyi sübut olundu və onlara ittiham verildi, məhkəmə məsuliyyətinə cəlb olunmaları üçün haqlarında ittiham aktları ilə birlikdə cinayət işləri məhkəmələrə göndərildi. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra həmin hökmlərdən apellyasiya və kassasiya şikayətləri verildi. Göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvədə saxlanıldı.

Bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.

Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. Mənim tələbimdə Müdafiə Nazirliyinin Tibb xidmətindən gələn böyük bir briqada həkimləri oradakı şəxsləri müayinə etdi. Çox ciddi fiziki zorakılıq tədbirlərinə məruz qalanlar Mərkəzi Hospitala yerləşdirildilər. Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Sonra barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrumetmə ilə bağlı hökmlər verildi. Onların hökmdə verdikləri şikayətləri apellyasiya və kassasiya instansiyaları təmin etmədi".(qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol