• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Qlazqoya getməməyinin səbəbini açıqladı

Ərdoğan Qlazqoya getməməyinin səbəbini açıqladı
01.11.2021 16:21
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 1-2-də Şotlandiyanın Qlazqo şəhərində keçirilən 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransına (COP26) getməməyinin səbəbini izah edib.

Anews.az xəbər verir ki, Romada keçirilən G-20 sammitindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan deyib ki, konfransda diplomatik təhlükəsizliyin təminatı olmadığı üçün bu təklifi qəbul etməyib: "Bizim tələb etdiyimiz təhlükəsizlik protokolu standartlarımız var. Bu, bütün beynəlxalq səfərlərimizdə bizə və bütün digər liderlərə hər zaman tətbiq olunan standartlardır. Ancaq bizə dedilər ki, bunlara son anda nail olmaq mümkün deyil. Sonradan öyrəndik ki, qəbul edilməyən müraciətimizdəki standartlar müstəsna olaraq başqa ölkə üçün təqdim oluna bilər. Bu da diplomatik qaydalara uyğun gəlmir. Biz bunu qəbul edə bilməzdik”.

Türkiyə Prezidentinin sözlərinə görə, Böyük Britananiyanın Baş naziri Boris Conson da məsələyə müdaxilə edib, lakin problem həll olunmayıb: "Son anda Boris Conson bizə dedi ki, Şotlandiya tərəf çətinlik çəkir, tələblərimiz yerinə yetirilmədiyi üçün Qlazqoya getməkdən vaz keçdik”.

Ərdoğan deyib ki, bu məsələ təkcə təhlükəsizliklə deyil, həm də Türkiyənin reputasiyası ilə bağlı olduğu üçün bu səfərdən vaz keşib: "Biz millətimizin etibarını qorumaq üçün məsuliyyət daşıyırıq. Ölkəmizin ləyaqətinə, şərəfinə heç bir yerdə xələl gəlməsinə imkan vermərik. Bununla bir daha göstərdik ki, biz yalnız həmrəy yanaşma ilə daha ədalətli dünya qura bilərik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol