• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən Müharibəsində şəhid olan 18 həkimin xatirəsi ANILDI

Vətən Müharibəsində şəhid olan 18 həkimin xatirəsi ANILDI
03.11.2021 20:14
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Bakı şəhər Mədəniyyə Baş İdarəsi, Azərbaycan Tibb Universiteti, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində Şəhid olmuş 18 həkimin xatirəsinə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Tibb Universitetinin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak edərək çıxış etdilər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövrünə nəzər salaraq  Müzəffər Ali Baş Komandan, Preziden İlham Əliyevin rəhbərliyi altında fədakarlıq göstərmiş Azərbaycan ordusunun Erməni silahlı birləşmələri tərəfindən istila edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi qələbə Zəfərindən bəhs etdilər. Natiqlər qeyd etdilər ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq Şəhid olmuş Şəhidlərə və onların ailələrinə diqqət və dəstək göstərmək hər bir Azərbaycanlının  vətəndaşlıq borcudur.  

Qurum rəsmiləri bildirdilər ki, 44 günlük müharibə zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən Şəhidlik zirvəsinə ucalmış həkimlərizin əziz xatirəsi ehtiramla anılaraq örnək kimi yeni nəsilə təbliğ edilməlidir.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Jurnalistlərə açıqlamasında bildirdi ki, bu cür milli, vətənpərvər ruhlu tədbirləri keçirməkdə məqsəd qüdrətli dövlət Başçısı, Ali Baş Komandan Cənab  İlham Əliyevin Şəhidlərə və onların ailələrinə diqqət və qayğı yönümündə gördüyü məqsədyönlü uğurlu fəaliyyətə ictimai dəstək olmaqla yanaşı, milli birlik, həmrəylik nümayiş etdirməkdir.

Zamin Zeynal onu da vurğuladı ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Dövlət, QHT, Özəl sektor tərəfdaşlığı və əməkdaşlığı fonunda milli, Vətənpərvər əzimdə, ictimai, siyasi, mənəvi dəstək yönümlü idea və təşəbbüslər,  tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.










www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol