Paşinyan Olsonla Cənubi Qafqazdakı proseslərdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə köməkçisinin müavini Erika Olsonla görüşüb.
"Qafqazinfo” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş zamanı Qarabağla bağlı məsələ və regional proseslər müzakirə olunub.
Baş nazir bu kontekstdə bu yaxınlarda Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil edən və gələcəkdə regiona səfər etməyə hazırlaşan ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinin vacibliyini qeyd edib.
www.anews.az
























