• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngəzurda gərginlik: Xüsusi təyinatlılar 50 ermənini mühasirəyə alıb

Zəngəzurda gərginlik: Xüsusi təyinatlılar 50 ermənini mühasirəyə alıb
10.11.2021 16:10
Ermənistanın müdafiə nazirinin səfəri 50-yə yaxın erməni hərbçinin Qaragöl gölü ətrafında mühasirəyə alınması ilə yadda qalıb.

 
Özünü səriştəsiz sələflərindən bir növ fərqləndirmək qərarına gələn Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinə Qaragöl gölü ətrafında yerləşdirilməsi və Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmağı tapşırıb.


O, atıcı silahlar və döyüş sursatları ilə təchiz edilmiş 50 nəfər erməni hərbçisinin iki "KamAZ” markalı yük maşını ilə dövlət sərhədi istiqamətində yerləşdirilməsi haqqında sərəncamı şəxsən imzalayıb.


Ermənistan Müdafiə nazirinin əmri ilə onlar qısa müddətdə Azərbaycan Ordusunun bölmələrinin postlarını birləşdirən kənd yolunu nəzarətə götürməli idilər. Yolu metal tor konstruksiyalarla (qabionlarla) bağlayan erməni hərbçilər Azərbaycan hərbçilərinin mövqeləri arasındakı yolu kəsməyə cəhd ediblər. Lakin hərbçilərimizin qətiyyətli cavabı ilə üzləşən erməni hərbçiləri geri çəkilməyə məcbur olub.


Yarım saat keçməmiş Azərbaycan Ordusunun xüsusi təyinatlı dəstəsi hadisə yerinə gəlib. Bundan sonra erməni hərbçilər mühasirəyə alınıb.


Qabionlar quran erməni əsgərləri əməliyyat sistemi pozulduğu üçün dayanmağa məcbur olublar. Bundan başqa, arxa cəbhə ilə əlaqəsi kəsilən erməni hərbçiləri 10 dərəcə şaxtada şəxsi heyəti qızdırmaq üçün isti yemək, su və müvafiq vasitələrlə (odun) təmin olunmayıb, çıxılmaz vəziyyətə düşüblər.


Hərbçilərimiz ermənilərdən fərqli olaraq yemək, çadır və istiliklə təmin olunublar. Nəticədə, hər şey erməni hərbçilərin əsgərlərimizə onları yedizdirmək və su vermək üçün acınacaqlı xahişləri ilə başa çatıb (həqiqətən, həyasızlığın dərəcəsi insanı sadəcə heyrətləndirir).


Ermənilərin köməyinə yenə Rusiya sərhədçiləri çatıblar - yalnız onların Azərbaycan komandanlığına müraciətindən sonra erməni tərəfinə həmişəki kimi çıxıb getməsinə imkan yaradılıb.


Erməni hərbi komandanlığı bu cür düşünülməmiş hərəkətlərlə müsbət nəticə əldə edə bilməyəcək, sadəcə olaraq öz əsgərlərinin həyatını mənasız şəkildə riskə atacaq. Təbii ki, onların kütləvi şəkildə öldürülməsi də erməni təxribat ustaları üçün problem yaratmayacaqdı - erməni əsgərlərindən "şəhid və qəhrəman” obrazı yaratmağa başlayacaqdılar. Həqiqət isə sadə bir reallıqdan ibarətdir: savadsız Ermənistan hərbi rəhbərliyi növbəti dəfə öz hərbçilərini güllə qabağına verir. Bu dəfə erməni hərbçilər canlarını yaxşı qurtardı - qorxu, təpiklər və kütləvi pnevmoniya ilə. Gələn dəfə nə olacaq? (caliber.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol