Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.
XİN-in tviter paylaşımında deyilir:
"Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























