• $
  • €
  • ₽
  • ₺
  • £

Ekoloji terror ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət- Millət vəkili

Ekoloji terror ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət- Millət vəkili
14.12.2021 15:03
"Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi ekoloji terrorla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
 
Təşkilatdan  verilən məlumata görə, ingilis dilində hazırlanan video müraciətdə bildirilir:
 
"Hər kəs təhlükəsiz və sağlam mühitdə yaşamağa layiqdir. Ekoloji fəlakətlərin qlobal təsirinin getdikcə daha qabarıq şəkildə artdığı bir şəraitdə ətraf mühitimizin qorunması və mühafizəsi məsələsində birləşmək həmişəkindən daha vacibdir. İstər fərdi, istər təşkilati, istərsə də dövlət səviyyəsində - təbii ekosistemlərdə zərərli dəyişikliklərin qarşısının alınması bizim əsas prioritetimiz olmalıdır. Əgər dünyanın bir yerində ekoloji fəlakət baş verirsə, hamı bu və ya digər şəkildə bu problemin ağrılı təsirlərinə məruz qalır.
 
T.Gəncəliyev müraciətdə Ermənistanın 30 il ərzində ölkəmizə qarşı həyata keçirdiyi ekoloji terror hadisələrinə diqqət çəkib. "Azərbaycan ərazilərinin 20 faizə yaxın hissəsi Ermənistan tərəfindən ən ağır ekoloji terrora məruz qalıb. Ermənistan çoxəsrlik nadir ağac növlərinin olduğu min hektarlarla meşələri qəsdən kəsib və ya yandırıb. Azərbaycanın işğal altında olmayan hissələrinə çayların axmasının qarşısını almaq üçün bəndlər tikib. Fermerlərin suvarma suyuna ən çox ehtiyac duyduğu yay aylarında çayların qarşısı bəndlərlə alınıb, suya ehtiyac olmadığı qış aylarında sünü daşqınlar yaradılaraq xalqımıza məxsus mülkiyyət və əkin sahələrinə ziyan vurulub”.
 
"Qarabağa dönüş” təşkilatının rəhbəri beynəlxalaq ictimaiyyətin nəzərinə Oxçuçayın ekoloji durumu ilə bağlı vəziyyətidə çatdırmağa çalışıb. "Ermənistan Azərbaycana axan Oxçuçayı çirkləndirməklə ölkəmizə qarşı ekoloji terror törədir. Erməni tərəfindəki mədən şirkətləri çaya o qədər zəhərli sənaye tullantıları atırlar ki, bütün canlılar məhv olub. Oxçuçay çayı Araz çayı ilə birləşdiyindən bu, Azərbaycanın bütün ərazisində yüz minlərlə insanın suvarma və icməli su kimi istifadə etdiyi Araz çayının sularını da çirkləndirir. Ən ağrılı məsələ odur ki, bu fəaliyyətlə məşğul olan şirkətlər öz ölkələrində belə halların qarşısını almaq üçün bütün lazımi tədbirləri görən, lakin öz ölkələrindən uzaqda fəaliyyətlərində eyni ehtiyat tədbirlərinə tamamilə məhəl qoymayan transmilli şirkətlərdir.
 
Müraciətdə Metsamor Atom Elektrik Stansiyasının region üçün yaratdığı təhlükələrdən də bəhs olunur. "Ermənistanın Azərbaycana qarşı ekoloji terroru təkcə vaxtilə işğal etdiyi ərazilərlə məhdudlaşmır. Ermənistanın uzunmüddətli icarə əsasında istifadə etdiyi, hazırda istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyası belə təhlükələrdən biridir. Bu Elektrik Stansiyası bir sıra beynəlxalq təhlükəsizlik standartlarına cavab vermir. Məsələn bu stansiya yüksək maqnitudalı zəlzələlərə meyilli ərazidə inşa olunub. Nüvə yanacağının daşınması və radioaktiv tullantıların utilizasiyası region üçün ciddi təhlükə mənbəyidir. Bütün bunları nəzərə alsaq, Ermənistanın məsuliyyətsiz siyasəti ucbatından deyə bilərik ki, region nüvə fəlakəti ilə üz-üzə qalıb. Beynəlxalq Atom Enerjisi Agentliyi və digər maraqlı tərəflər Metsamor Atom Elektrik Stansiyasının bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması üçün Ermənistana təzyiq etməlidir”- müraciətdə bildirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol