• $
  • €
  • ₽
  • ₺
  • £

Helikopter qəzasında şəhid olanların övladları himayəyə götürülüb

Helikopter qəzasında şəhid olanların övladları himayəyə götürülüb
16.12.2021 17:02
Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş 8 hərbi qulluqçunun 14 azyaşlı övladı himayəyə götürüləcək və onların hər birinə 18 yaşına çatana kimi ayda 100 manat maddi yardım göstəriləcək, bu barədə  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclasında qərar qəbul edilib.

Həmçinin qərarda qəzada həlak olan 6 hərbi qulluqçunun hər birinin ailəsinə 1 000 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi nəzərdə tutulub.

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyinə "AHİK-in IV Məclisinin çağırılması haqqında”, AHİK-in Məclisinin tərkibində dəyişikliklər edilməsi barədə”, "Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbi qulluqçuların övladlarının himayəyə götürülməsi və şəhid ailələrinə birdəfəlik yardım göstərilməsi haqqında” və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.
 
"44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin, qazilərin, müharibə iştirakçılarının sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra mühüm tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər nümunəvidir. Bu cür nəcib təşəbbüsləri həmişə dəstəkləyən Azərbaycanın həmkarlar ittifaqları da Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin sosial problemlərinin aradan qaldırılmasına kömək etmək məqsədilə ümumilikdə 164 şəhidin 274 nəfər azyaşlı uşaqlarını himayəyə götürüb və onlara maddi və mənəvi yardımlar göstərir", - deyə qurumdan bildirilib. 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol