• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni yubiley medalı təsis edildi

Azərbaycanda yeni yubiley medalı təsis edildi
27.12.2021 12:52
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. 


Anews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.


Sənədə əsasən, "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilir, "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilir (əlavə olunur).


"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında əsasnamə


Təltif edilən şəxslər


"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.


Təltif edən orqan


"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.


Taxılma qaydası


"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol