• $
  • €
  • ₽
  • ₺
  • £

““Şuşa İli” Azərbaycanın hərbi-siyasi, diplomatik qələbəsinin təsdiqidir”

““Şuşa İli” Azərbaycanın hərbi-siyasi, diplomatik qələbəsinin təsdiqidir”
07.01.2022 18:57
"Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli” elan edilməsi Azərbaycanın hərb meydanı ilə yanaşı, diplomatiya müstəvisində də qələbəsinin təsdiqi və dünyaya təqdimatıdır. Tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik mübarizədə qələbə daim əsas amillərdən biri kimi qeyd olunurdu. Azərbaycan ən yüksək tribunalardan Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edərək, bunu faktlarla beynəlxalq ictimaiyyətə çatdırsa da, bəzi dünya güclərinin ədaləti və hüququ maraqlarının arxasında gizlətmələri işğalın 30 ilə yaxın davam etməsinə və sonda Vətən müharibəsinin yaşanmasına səbəb oldu. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü, qüdrətini, xalqımızın torpaq, Vətən sevgisini, milli qürurunu, kimliyini nümayiş etdirdi". 

Anews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən  Qarabağın tacı olan Şuşanın azad edilməsi 44 günlük İkinci Qarabağ müharibəsində əks-hücum əməliyyatları sırasında ən  böyük hərbi qələbə oldu:
"Bu qələbə müharibənin sonrakı taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.  Dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən böyük qürurla və əminliklə qeyd etdi ki, əziz Şuşa, sən azadsan, biz səni dirçəldəcəyik. Son bir ildə işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə mədəniyyət paytaxtımız Şuşada görülən bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirdikdə heyrətlənməyə bilmirsən. Qısa zamanda belə böyük işlər həm maliyyə imkanlarımızı, həm də sahibinə qovuşan torpaqlarımızı dirçəltmək istəyimizi nümayiş etdirir”.

M.Həsənov qeyd edib ki, Prezidentin xüsusi nümayəndəliyi işğaldan azad edilmiş ərazilərimizdən ilk olaraq Şuşada yaradıldı:
"Bərpa və quruculuq işləri proqramına uyğun olaraq şəhərlərin Baş planları hazırlanarkən Ağdamdan sonra Şuşanın Baş planı təqdim edildi.  Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində  nəhəng layihələr gerçəkləşdirilir. Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Ötən il milli bayramımız Novruzun Cıdır düzündə tonqalın alovlandırılması ilə qeyd olunması, Milli Qurtuluş Günündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada qarşılanması, müttəfiqliyimizi təsdiqləyən sənədin imzalanması və s. kimi biri-birindən əhəmiyyətli hadisələr Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar idi. "Şuşa İli” növbəti mesaj oldu. Bu il çərçivəsində keçiriləcək hər bir tədbir Şuşanın tarixi barədə beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılmasına böyük töhfələr verəcək, Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildiyini bir daha açıqlayacaq”.
 
"Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu,  Qarabağın tacına rahat gediş-gəlişin təmin olunması üçün Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də bu unikal şəhərin hər bir azərbaycanlı üçün önəmini nümayiş etdirir. Şuşa 28 il əsarətdə qalsa da əyilmədi, milli qürurumuzu, kimliyiyimizi qorudu. Şuşanı erməniləşdirməyə çalışan düşmən illərlə cəhdlər göstərsə də bunun mümkünsüzlüyünün şahidi oldu. Çünki danışan, erməni vəhşiliyinə şahidlik edən Şuşanın hər daşı, qayası, tarixi oldu. Tarixi və dini abidələri dağıtmaqla, izləri silməyə cəhd etməklə sahibi olmadıqları torpaqların onlara məxsusluğunu sübut etməyə çalışan ermənilər hər zaman fakt qarşısında aciz qaldılar və 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu düşmənə tarix boyu unuda bilməyəcək dərsi verdi”.

Malik Həsənovun sözlərinə görə, Şuşanın tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması mədəniyyət paytaxtımıza xüsusi qayğı və həssaslıqla yanaşılmasını zərurətə çevirir. Əsas hədəflərdən biri budur ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilsin. "Şuşa İli” bu istəyimizin də gerçəkləşməsinə böyük dəstək olacaq.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol