• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Qarabağdakı ermənilərlə görüşlərin keçirilməsini təklif edib

Deputat Qarabağdakı ermənilərlə görüşlərin keçirilməsini təklif edib
31.01.2022 12:49
"Erməni əsilli azərbaycan vətəndaşlarının yeni reallığı anlaması və Azərbaycan dövlətinin qanunlarını qəbul edərək yaşaması sahəsində görüşlərə ehtiyac var. Hazırda postmüharibə dövründə biz icmalar arasında müxtəlif görüşlər keçirə bilərik”.


Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.


Komitə sədri xatırladıb ki, 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub: "Azərbaycan BMT-nin qətnamələrinin icrasını təmin edərək ərazi bütövlüyünü təmin edib. Son 18 ildə aparılan balanslı siyasət bütün sahələrdə öz müsbət nəticəsini verdi. Ölkəmiz dinamik və davamlı inkişaf edir, beynəlxalq arenada Azərbaycanın sözü, münasibəti qəbul olunur. Erməni işğalçıları təkcə bizə deyil, evimizə, onun daşına, divarına, ağaca da nifrət hissi ilə yanaşıblar. Ekoloji terror törədiblər. Ötən dövrdə işğalda saxladıqları ərazidə heç nə tikməyib, heç nə yaratmayıblar. Ancaq talan ediblər, dağıdıblar, bir sözlə vandalizm aktı törədiblər. Xarabaya çevrilmiş, talan edilmiş ərazilərimizdə indi böyük işlər gedir, nəhəng quruculuq layihələri həyata keçirilir, şəhər və kəndlərimiz yenidən qurulur. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir”.


"Ölkə əhalisinin yarısını təşkil edən qadınların iqtisadi fəallığının artırılması, idarəetmə və qərarların qəbulu prosesinə cəlb olunması mühüm məsələdir. Qadınların özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması həm də davamlı iqtisadi artımı təmin edir. Bu, həm də dövlətimizin iqtisadi cəhətdən güclənməsi deməkdir. Bunun üçün dövlət qurumları ilə yanaşı, müxtəlif qadın təşkilatları, özəl strukturlar, qeyri-hökumət təşkilatları tərəfindən davamlı işlər görülür. Hazırda qadınların cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yaranıb.


Bunlardan biri də sahibkar qadınların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Belə bir fəaliyyətin reallaşması isə işğaldan azad olunmuş ərazilərimizə qayıdacaq əhalinin müxtəlif tələbatının ödənilməsi yanaşı, yeni iş yerlərinin yaradılması, məşğulluğunun təmin olunması, əhalinin sosial rifahının yüksəlməsi və bütövlükdə iqtisadiyyatın inkişafı baxımından önəmlidir”, - o vurğulayıb. //report.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol