• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük tariflərində gözlənilən dəyişikliklər AÇIQLANDI - RƏSMİ

Gömrük tariflərində gözlənilən dəyişikliklər AÇIQLANDI - RƏSMİ
08.02.2022 15:41
2022-ci ilin ilk rübü ərzində Azərbaycan Respublikasının mal nomenklaturasının Ümumdünya Gömrük Təşkilatının "Malların Təsviri və Kodlaşdırılması üzrə Beynəlxalq Harmonikləşdirilmiş Sistemi”nin 2022-ci il variantına uyğunlaşdırılması nəzərdə tutulub.

Bunu "Report”a müsahibəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

O bildirib ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin müvafiq qərarı ilə qüvvəyə minməsi gözlənilir, artıq aidiyyəti nazirliklərlə müzakirələr başa çatıb.

"Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı üçün bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi və rəqabətqabiliyyətliliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə 29 dekabr 2021-ci il tarixli, 417 saylı Qərarına əsasən, 1 yanvar 2022-ci il tarixindən idxal edilən quş əti, quş yumurtası, sement klinkerləri və bəzi növ keramika məmulatlarına tətbiq edilən spesifik idxal gömrük rüsum dərəcələrinin müddəti 31 dekabr 2023-cü il tarixinədək uzadılıb”, - deyə Səfər Mehdiyev gömrük tarifləri sistemində gözlənilən yeniliklərdən danışarkən əlavə edib.  

DGK sədri bu il üçün Dövlət Gömrük Komitəsinin planları barədə də məlumat verib:

"Sərhədlərdə sürətli keçidin təmin olunması, vətəndaşlara müasir və innovativ gömrük xidmətlərinin göstərilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına yardım edəcək yeni nəzarət mexanizmlərinin və innovativ metodların tətbiqi sahəsində tədbirlərin həyata keçirilməsi əsas prioritet hədəflərimizdəndir.

Gömrük-sərhəd buraxılış məntəqələrində şəxslər tərəfindən yerinə yetirilməli olan prosedur və əməliyyatları daha da təkmilləşdirməklə sərf olunan vaxt və xərc normalarının minimallaşdırılması, ödəmə sistemlərinin daha da təkmilləşdirilməsi (ATM, yeni ödəniş terminalları və POS-terminalların quraşdırılması və s.), müasir dövrün tələblərinə uyğun olaraq Elektron Ticarət və Poçt Göndərişləri sahəsində artan tendensiyanı nəzərə alaraq bu sahədə gömrük tənzimlənməsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda, beynəlxalq standartların tələblərinə cavan verən sərhəd infrastruktur vahidlərinin formalaşdırılması və gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud infrastrukturunun yaxşılaşdırılması məqsədilə, eləcə də gələcəkdə bəzi gömrük-sərhəd buraxılış məntəqələrindən ixtisaslaşdırılmış şəkildə yalnız şəxslərin, minik nəqliyyatı vasitələrinin, avtobusların və ya yük nəqliyyat vasitələrinin keçidini təmin etmək üçün istifadə olunması ilə əlaqədar işlərin sistemli şəkildə həyata keçirilməsi planlaşdırılır”.

O əlavə edib ki, 2022-ci ildə risklərin idarəolunması sahəsində hədəfimiz isə ilk növbədə ötən il başladılan layihələrin uğurla icra olunmasıdır:

"Bundan başqa, ticarət dövriyyəsinin və buna uyğun məlumat həcminin ildən-ilə artması Dövlət Gömrük Komitəsi üçün yeni çağırış olmaqla, məlumat bazalarından daha səmərəli və müasir istifadəni tələb edir. Bu səbəbdən dünya təcrübəsinə istinad edərək süni intellektin gömrük fəaliyyətinə inteqrə olunmasının perspektivlərinin araşdırılması 2022-ci ildə həmin sahə üzrə prioritet istiqamətlərdən biri olacaq.

Xarici ticarət iştirakçılarına göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, vətəndaş məmur təmasının minimuma endirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də müasir informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə yeni elektron xidmətlərin istifadəyə verilməsidir”.


Səfər Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsi bu il ərzində də biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol