• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN-dən İspaniya açıqlaması

Azərbaycan XİN-dən İspaniya açıqlaması
11.02.2022 19:00
11 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilir, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. 

Bildirilib ki, ötən 30 il ərzində Azərbaycan və İspaniya arasında qurulmuş dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, humanitar, idman və digər sahələri əhatə edir.

Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin suverenliyi ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verir.

İqtisadi, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentləri arasında yüksək səviyyədə olan əlaqələr ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli töhfə verməkdədir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol