Xocalının işğalı ilə bağlı nə qədər maddi ziyan vurulub?

Xocalının işğalı ilə bağlı ermənilər tərəfindən dövlətə və vətəndaşlara ilkin hesablamalara görə, 170 milyon ABŞ dollarından artıq məbləğdə ziyan vurulması müəyyən edilib, bunu APA-ya müsahibəsində Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, hazırda yerli və beynəlxalq mütəxəssislər tərəfindən dəymiş ziyan yerində hesablanır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























