• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Müdafiə Nazirliyi döyüş meydanındakı son durumu açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi döyüş meydanındakı son durumu açıqlayıb
02.03.2022 16:31
Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə Rusiya qoşunlarından təşəbbüsü ələ almağa başlayıb.
 
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Düşmən tağımlarının döyüş qabiliyyətini saxlamağa çalışır. O, təkcə Ukrayna ordusu ilə deyil, onların karvanının qarşısını alan dinc sakinlərlə də qarşılaşmaqdan qaçır. Ukrayna ərazisində Rusiyanın apardığı təbliğat artıq təsirini itirir. "Azadlıq verənlər” başa düşüblər ki, onları Ukraynada heç kim gözləmir.
 
Volınsk istiqamətində rəqib təşəbbüsü əldən verib və fəaliyyət göstərmir.
 
 Rusiya işğalçıları Malın və İrpin istiqamətində böyük itki verib və hücumun sürətinin azaldıb. Çernobıl istiqamətindən Demidib və İrpinə hücum etsələr də, itki verərək dayanıblar.
 
Jitomir istiqamətində Qoreniçi, Şpıtka, Petruşkada hücumu inkişaf etdirməyə cəhd göstərsələr də, dayanmağa məcbur olublar. Borodyanka, Katyujanka rayonlarında və Qavronsk vilayətində də düşmən məyus olub. Siversk istiqamətində Rusiya Silahlı Qüvvələrinin birinci tank ordusu heyəti və 20-ci ümumqoşun ordusunun hərbçiləri Krasnoqrad və İzyuma istiqamətində hərəkətə keçərək Birləşmiş Qüvvələri (mühasirəyə almağa çalışsalar da, sərhəddəki Boqoduxov, Çuquyev və Şevçenko yaşayış məntəqələrində qarşıları alınıb.
 
Düşmən Çerniqov istiqamətində də dayandırılıb. Nijin istiqamətində Yeni Basan, Kozelesdə düşmən məskunlaşıb. Düşmənin 1-ci və 2-ci ordu korpusları və 8-ci ordusu Donetsk və Luqansk vilayətlərində irəliləməyə cəhd göstəriblər. Onlar hədəflərinə çatmayıb, Mariupolda qarşıları alınıb.
 
Qara dəniz zonasında Rusiya işğalçıları Ukraynanın Zatoka və Odessa sahil şəhərlərinə qarşı desant əməliyyatına hazırlaşmağa davam edirlər. Düşmən ruhdan düşüb. Şəxsi heyət və hərbi texnika itkisi verir”, - nazirlikdən bildirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol