• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 297 ermənini axtarışa verdi

Azərbaycan 297 ermənini axtarışa verdi
09.03.2022 21:00
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindan azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar 297 şəxs axtarışa verilib, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub. 


Hesabatda qeyd edilib ki, həmin şəxslərlə əlaqədar Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb.
 
Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermanistan Silahlı Qüvvələri tərəfindən törədilən sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılan birgə istintaq-əməliyyat qrupu tərəfindən 5 istiqamat üzrə cinayət hadisələrinin araşdırılması, sübutların toplanılması və təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bunlar Azərbaycan xalqına qarşı soyqırımı, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror; dövlətə və vətəndaşlara vurulmuş ziyan, müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlərdir.
 
Bundan başqa, hesabat dövründə Vətən müharibəsi zamanı təcavüzkar erməni silahlı birləşmələri tərəfindən Azərbaycana və onun vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair başlanılaraq istintaqı aparılmış cinayət işlərindən əlavə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamənin tələbləri kobud şəkildə pozularaq həmin tarixdən sonrakı müddət ərzində də davam etmiş erməni təcavüzü ilə bağlı cinayat işlərinin prokurorluq orqanlarında ibtidai istintaqi davam etdirilib. (modern.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol