• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı saymazlıq göstərir

Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı saymazlıq göstərir
12.04.2022 21:16
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında 12 aprel tarixli məlumat bülletenində  Azərbaycan Müdafiə Nazirliyinin iradına baxmayaraq, hələ də bülletenində Dağlıq Qarabağ  hərbi birləşmələrinin hərbçiləri və Furux ifadəsini işlədib.

 "Ötən sutka ərzində Azərbaycan Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən Furux qəsəbəsi ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması qeydə alınıb, nəticədə Dağlıq Qarabağ silahlı birləşmələrinin 1 hərbi qulluqçusu yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb", - deyə Nazirlik bildirib.
 
Rusiya Müdafiə Nazirliyi həmçinin  bildirib ki, Rusiyanın Ağdərə, Xocavənd, Xocalı rayonları və Laçın dəhlizində dörd marşrut patrulu həyata keçirib.

Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini davam etdirir. Gün ərzində 0,5 hektar ərazi təmizlənib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2364,8 hektar ərazi, 689,5 km yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26260 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Nazirlik bildirir ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

Azərbaycan Müdafiə Nazirliyi martın 26-sı və 27-si yaydığı məlumatda Rusiya Müdafiə Nazirliyinə "Dağlıq Qarabağ  hərbi birləşmələrinin hərbçiləri" və "Furux" ifadəsini işlətməməyi bildirib.

Fehruz Rza
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol