• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bəzi hərbi hissələr ləğv edilə bilər

Azərbaycanda bəzi hərbi hissələr ləğv edilə bilər
13.04.2022 17:53
Azərbaycan öz ordusunu daha da müasirləşdirmək və  buna görə lazım olduğu qədər pul xərcləmək niyyətindədir.  Bunu Prezident İlham Əliyev  bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib. 
 
"Müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanıb, bəzi kontraktların icrası başa çatıb, bəzilərinin isə icrası davam edir. Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi. Bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq.  Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılıb, struktur dəyişikliyi edilib və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılıb və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq", -  prezident söyləyib.  
 
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Azərbaycan  ordusunun müasirləşməsi dedikdə müəyyən hərbi hissələrdə iztisarların aparılması, müdafiə sənayesinin gücləndirilməsi,  yeni komanda  tipli hərbi hissələrin yaradılacağı nəzərdə tutulur. 
 
"Azərbaycan Orudusunda mövcudluğuna ehtiyac olmayan bəzi hərbi hissələr ixtisara düşəcək. O hərbi hissələr sadəcə büddəcədən maliyyələşmə ilə kifayətlənirlər. Biz isə daha çevik və modern hərbi hissələrlə işimizi davam etdirəcəyik. Növbəti Silahlı Qüvvələr gününə qədər Azərbaycan Orudusunda bəzi yeniliklər tətbiq olunacaq", -  Cəfərov bildirib.
 
Onun sözlərinə görə,  2022-ci il üçün planlaşdırılan təlimlərdə yeni alınacaq silah-sursatlar təqdimatı gözlənilir. 
 
"Bu təqdimat  bizə  bədnam qonşularımıza Azərbaycanın həm regionda, həm də dünyada baş verən prsoseslərin sonunda özünün müdafiəsi və təhlükəsizliyini bir qədər də dərinləşdirəcəyini başa salmaq üçün lazımdır",  - ekspert vurğulayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol