• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov BMT nümayəndəsi ilə görüşdü

Ceyhun Bayramov BMT nümayəndəsi ilə görüşdü
06.05.2022 17:21
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Qu Donqyunu salamlayaraq ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əmədaşlığa hər zaman önəm verdiyini vurğulayıb. Cari ildə BMT-də üzvlüyümüzün 30 ilinin qeyd edildiyini bildirən nazir, bu müddət ərzində Azərbaycan və FAO arasında qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırdığı ifadə edilib.

Baş direktor Qu Donqyu Azərbaycanda olmaqdan və ölkə rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlərdən məmnunluğunu ifadə edib. O, Azərbaycanın ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensiala sahib olduğunu vurğulayıb. Baş direktor kənd təsərrüfatı sahəsində rəqəmsal keçid, innovasiyaların tətbiqi, fermerlərin təhsili kimi sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işləri, o cümlədən kənd təsərrüfatı, alternativ enerji sahələrində aparılan işlər və bu ərazilərdə tətbiq edilən "ağıllı kənd” konsepsiyası barədə məlumat verib. Nazir, bərpa və quruculuq prosesində BMT-nin ixtisaslaşmış qurumları ilə yaxşı əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb.

Baş direktor Qu Donqyu FAO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib.


 


Görüşdə aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, tədqiqat-inkişaf (R&D) layihələri, habelə kənd yerlərinin rəqəmsal inkişafı mövzusunda ətraflı müzakirələr aparılıb, bu sahələr üzrə Azərbaycan və FAO arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol