• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər
12.05.2022 22:00
Mayın 13-də Fransanın Paris şəhərində AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək.

İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətlərinin üzvü Nigar Arpadarai iştirak edəcəklər.


Tədbirdə "Rusiya və Ukrayna münaqişəsi nəticəsində regionda daxili və xarici miqrasiyaların humanitar nəticələri”, "Seçkiqabağı kompaniyalarda miqrasiya və sığınacaq məsələlərinin miqrantların qəbuluna və hüquqlarına təsiri” kimi mövzular müzakirə ediləcək, bir sıra təşkilati işlərə baxılacaqdır.


Səməd Seyidov, həmçinin AŞPA-nın mayın 16-17-də keçiriləcək Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Yunanıstanın Hanya şəhərində səfərdə olacaq.


İclasda "Yeni çağırışlar qarşısında Avropa təhlükəsizliyinin asimmetriyası”, "Şərqi Aralıq dənizində sülh və stabilliyin qorunması”, "Şərqi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi”, "Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu: yeni irqçilikdə azad cəmiyyət xartiyası” kimi mövzularda, həmçinin beynəlxalq silahlı münaqişələr şəraitində Avropa Şurasının rolu ilə bağlı müxtəlif istiqamətlərdə müzakirələrin keçirilməsi nəzərdə tutulub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol