• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Putini görüş öncəsi belə gözlədi - VİDEO

Ərdoğan Putini görüş öncəsi belə gözlədi - VİDEO
20.07.2022 13:43
Xarici media Rusiya prezidenti Vladimir Putinin dünən Tehranda ikitərəfli danışıqlara başlamazdan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı xeyli gözləməli olduğuna diqqət çəkib.

Modern.az xəbər verir ki, bir sıra KİV Putinin Ərdoğanı təxminən 50 saniyə gözləməyə məcbur olduğunu yazıb.

Türkiyə mediası isə xatırladıb ki, keçmişdə Ərdoğan da daxil olmaqla həmkarları ilə görüşləri gecikdirən Rusiya lideri dəfələrlə onları gözləməyə məcbur edib.


Türkiyə Prezident Administrasiyası tərəfindən yayılan videoda Putinin kreslosunun və iki dövlət bayrağının qarşısında dayanaraq, Ərdoğanı gözlədiyini görmək olar. Putin gəzişir, dodaqlarını çeynəyir, var-gəl edir…daha sonra Ərdoğan görünən kimi qollarını yan tərəfə açaraq, bayaqdan onu gözlədiyini biruzə verir.

"Salam, necəsiz? Yaxşı?" - Ərdoğan deyir, sonra liderlər bir-birinə gülümsəyərək əl sıxırlar.
 
Media bu hadisəni Putinin dünya liderlərini gözləməyə məcbur etdiyi digər vaxtlarla müqayisə edib.

Xüsusən 2020-ci ildə Moskvada Ərdoğanın görüşdən əvvəl Rusiya liderini təxminən 2 dəqiqə gözlədiyi xatırladılıb. Türkiyənin T24 saytı  Tehrandakı hadisəni nəzərdə tutaraq, "bu qisas idimi?", - deyə sual edib

Rusiyanın "Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov isə yazır ki, Ərdoğanın görüşə gecikməsinə səbəb onun dəhlizdə Rusiya liderinin mətbuat katibi Dmitri Peskovla qarşılaşması olub.


"Kim bilərdi ki, cənab Ərdoğan Dmitri Peskovla dəhlizdə görüşəcək. Türkiyə prezidenti artıq Peskovun yanından keçib gedirdi, amma birdən qayıdıb öz türkcəsində onunla danışıb.

"Uzun müddətdir məni görmürdü..." - Peskov sonradan utanaraq üzr istəyib.

Bu arada Rusiya prezidenti heç də az yox, 3 dəqiqə kameralar qarşısında yöndəmsiz şəkildə dayanmalı olub”, - deyə "Kommersant”ın müxbiri yazıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol