• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Hedva Seri qəbul edib

Ceyhun Bayramov Hedva Seri qəbul edib
03.09.2022 16:26
Bu gün xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Seri qəbul edib.
 
Bu barədə  Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
 
Bildirilib ki, nazir Ceyhun Bayramov Hedva Serin dünyada sülh naminə fəaliyyətini və bu xüsusda həyata keçirdiyi çoxsaylı layihələri məmnunluqla vurğulayıb.
 
O, UNESCO üzrə Azərbaycan və Andorra Milli Komissiyaları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şuşada həyata keçirilən "Youth Art Camp" layihəsinə olan diqqətinə görə Hedva Serə təşəkkür ifadə edib. Şuşa şəhərinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan nazir, şəhərin azad edilməsindən sonra burada həyata keçirilən quruculuq işləri, habelə çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın müstəqilliyinin ilk günlərindən təcavüz siyasəti ilə üzləşdiyi, 2020-ci ildə 44 günlük müharibə ilə ərazilərini işğaldan azad etdiyi və hazırda beynəlxalq hüquq əsasında münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində səylər göstərdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
 
Xanım Hedva Ser səmimi qəbula görə təşəkkür etdib. O, Azərbaycana cari il ərzində 3-cü səfərini reallaşdırdığını məmnunluqla vurğulayıb.
Azərbaycandakı tolerantlıq, müxtəlif dinlərin və etnik qrupların bir arada sülh şəraitində yaşamaq ənənəsini yüksək qiymətləndirdiyini söyləyib. UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi "Sülhə gedən yol” layihəsindən bəhs edərək, Azərbaycanın bu layihəyə dəstək verdiyini minnətdarlıqla bildirib və bu xüsusda hələ 2015-ci ildə Bakıda, müəllifi olduğu sülh abidəsinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə ucaldıldığını qeyd edib.
 
Görüş zamanı Azərbaycan tərəfindən humanitar sahənin, o cümlədən elm, təhsil, mədəniyyət inkişafı istiqamətində görülən işlər barədə məlumat, eləcə də inkişaf etməkdə olan ölkələrin tələbələrinə təhsil qrantlarının ayrılması, habelə bu ölkələrə humanitar yardımların ayrılması və s. barədə fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol