• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni təxribatı nəticəsində yaralanan mülki şəxs - Yaxınlığa top mərmisi düşdü

Erməni təxribatı nəticəsində yaralanan mülki şəxs - Yaxınlığa top mərmisi düşdü
14.09.2022 13:59
Kəlbəcər rayonunun Dəmirçidamı kəndi ərazisində mülki şəxslərin yaxınlığına top mərmisi düşdü. Bunu "Report”a açıqlamasında sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan tərəfinin genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcərdə yaralanan mülki şəxs Asim Musayev deyib.

O bildirib ki, hadisə zamanı ərazidə heyvandarlıqla məşğul olub.
 
"Bir anlıq elə bildim ki, ayağım qopdu. Orada tək deyildim, həmyerlim Arzuman Orucovla birlikdə idim. Həmin vaxt Arzuman isə topuğundan qəlbə yarası aldı. O, mənə ilkin tibbi yardım göstərdi. Daha sonra məni hospitala gətirdilər. Daha əvvəl döyüşlərdə qardaşlarım şəhid olub. Mən özüm isə əliləm. Biz heç nədən qorxmuruq, çünki güclü ordumuz var. Allah ordumuzu, Vətənimizi qorusun”, o vurğulayıb.

Gəncə Beynəlxalq Xəstəxanının Təcili Yardım Şöbəsinin həkimi Ruslan Əzizov "Report”a açıqlamasında deyib ki, sentyabrın 13-də Ermənistan tərəfinin təxribatı zamanı zərərçəkmiş - Azərbaycan vətəndaşı Asim Musayev sol bud nahiyəsinin qəlpə yaralanması ilə müraciət edib.

"Aparılan ilkin müayinələrdən sonra sol aşağı ətrafın qan dövranın kəskin pozlması və sinir toxmasının zədələnməsi aşkar olunub. Hazırda aidiyyəti mütəxəssislər tərəfindən xəstənin əməliyyat öncəsi hazırlığı görülür. Asim Musayevin qısa müddətdə sağlığına qovuşması üçün xəstəxana tərəfindən o, əməliyyata alınacaqdır. Vəziyyəti orta ağır qiymətləndirilir", - o deyib.
 
Azərbaycan Ermənistan sərhədindəki gərginlik nəticəsində iki mülki şəxs yaralanıb , bu barədə Azərbaycan Müdafiə Nazirliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.

"Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar", - məlumatda qeyd olunub.
 
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-i gecədən Ermənistan ilə sərhəddə vəziyyətin gərginləşdiyini yazıb. Ermənistan tərəfi də məlumatı təsdiqləyib. Tərəflər gərginlik də bir-birini günahlandırır. Azərbaycan MN bildiirb ki, Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Ermənistan Baş naziri Nikol Paşinyan isə 49 erməni hərbiçisinin öldüyünü açıqlayıb.

Mediada yayılan məlumata görə, sentyabrın 13-də 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
 
Ermənistanın Müdafiə Nazirliyi də hərbi toqquşma barədə açıqlama yayıb. Bildirilir ki, Azərbaycan Ermənistanın Gorus, Zod və İstisu rayonları istiqamətində intensiv atəş açır, döyüşə artilleriya və PUA-lar cəlb olunub. 

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol