• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan niyə mina qoyub? - Azərbaycan XİN-dən mövqe

Ermənistan niyə mina qoyub? - Azərbaycan XİN-dən mövqe
23.09.2022 09:37
Ermənistanın mina qoymasının əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə əngəlləməkdir, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi KİV-in 1965-ci il "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş yeni müraciətinə dair sorğusunu cavablandırarkən bildirib. Ermənistan tərəf bunu la bağlı hər hansı açıqlama verməyib.

Azərbaycan XİN xatırladıb ki, ötən ilin sentyabrında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırıb.

"Məhkəmə Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci il tarixində Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul etmişdir. Belə ki, məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını vermişdir.
Məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırması ilə bağlı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlar olmuşdur", - qurumdan bildirilib.
 
XİN açıqlayıb ki, Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam edib.

"Ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməmiş, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirmişdir. Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar "Türksüz Ermənistan” olmuşdur.

Eyni zamanda, Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçməzdən öncə işğal dönəmində orada qanunsuz məskunlaşmış erməni əsilli şəxslər azərbaycanlılara qarşı etnik nifrətlərini azərbaycanlılara məxsus olmuş evlərin yandırılması, meşələrin məhv edilməsi ilə nümayişkaranə şəkildə göstərmişdir. Ermənistan hökuməti bu halların qarşısını almaq və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməmişdir", - məlumatda göstərilib.

Bundan əlavə, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunub. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir.
 
"Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə ənəgəlləməkdir.

Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən bu dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilmişdir.Azərbaycan, Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək", - Azərbaycan XİN bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol