• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Qətər XİN arasında növbəti məsləhətləşmələr keçirildi

Azərbaycan və Qətər XİN arasında növbəti məsləhətləşmələr keçirildi
13.10.2022 21:38
12-13 oktyabr 2022-ci il tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Qətərə işgüzar səfər edib.
"Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, səfər ərzində Azərbaycan və Qətərin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin üçüncü raundu keçirilib. Məsləhətləşmələrdə, Qətər tərəfini xarici işlər üzrə Dövlət Naziri Soltan bin Saad Al-Mureyxi təmsil edib.


Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

Səfər çərçivəsində, F.Rzayev Qətərin "Əl-Cəzirə” telekanalını ziyarət edib.
F.Rzayev, həmçinin Qətərin Həməd Bin Xəlifə və Georgetown universitetlərində tələbə və müəllim heyəti ilə görüşlər keçirib

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol