• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və Azərbaycan arasında 9 yeni sənəd imzalanacaq - Xəzər İbrahim

ABŞ və Azərbaycan arasında 9 yeni sənəd imzalanacaq -  Xəzər İbrahim
15.11.2022 15:21
Azərbaycan və ABŞ  müxtəlif sahələrdə əməkdaşlığa dair 9 ikitərəfli saziş imzalamağa hazırlaşır. Bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib.

"Yeni imzalanacaq sənədlər həm ticarət, həm də digər əlaqələrin inkişafına  kömək edəcək.  İndiyədək ABŞ və Azərbaycan arasında 86 saziş imzalanıb. Hazırda doqquza yaxın müqaviləyə baxılır”, - deyə Xəzər İbrahim  "Rasim Babayevlə  söhbət” müəllif YouTube kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ arasında imzalanacaq yeni sənədlər iki ölkə hüquqi bazanın daha da genişləndirilməsinə yönəlib.

"Ən vacibi odur ki, indiyə kimi  imzalanan sazişlər işləyirlər və bizim əlaqələrimizi inkişaf etdirmək üçün onlardan istifadə edirik. Düşünürəm ki, biz bunu etmək üçün çox məhsuldarıq. Amma necə deyərlər, təkmilləşmək üçün həmişə yer var. Buna görə də biz hüquqi bazamızı daha da dərinləşdirməyə və genişləndirməyə çalışacağıq”, - deyə azərbaycanlı diplomat vurğulayıb.

Gələn il ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanın (BMK) da iclasının keçirilməsi gözlənilir. Bunu Anews.az-a Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, ABŞ ilə komissiyanın formatı dəyişəcək. Bu, təkcə iqtisadi deyil, həm də çox profilli olacaq. 

"Komissiya siyasət, iqtisadiyyat və humanitar məsələləri əhatə edəcək. Hazırda bu məsələ ilə bağlı Amerika tərəfi ilə danışıqlar aparılır”, -  Şərifov  bildirib.

ABŞ-la iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanı sonuncu dəfə (dördüncü) iclası 2019-cu ilin mayında Bakıda keçirilıb. Beşinci iclasın Vaşinqtonda baş tutacağı gözlənilir. 

N.Təbrizli
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol