• $
  • €
  • ₽
  • ₺
  • £

Düşünürəm ki, Laçın dəhlizi ətrafında məsələ yaxın vaxtlarda öz həllini tapacaq - Lavrov

Düşünürəm ki, Laçın dəhlizi ətrafında məsələ yaxın vaxtlarda öz həllini tapacaq - Lavrov
18.01.2023 16:18
Laçın dəhlizi ətrafında məsələ yaxın vaxtlarda öz həllini tapacaq, bunu yanvarın 18-də keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.


"Düşünürəm ki, yaxın zamanda Laçın dəhlizi ətrafında olan məsələ həllini tapacaq. Dünən mən Azərbaycanın xarici işlər naziri ilə danışdım. Üç ölkə liderinin əldə etdiyi razılaşmaya əsasən, Laçın dəhlizi hər iki istiqamətdə malların, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır”, - Lavrov bildirib.


O qeyd edib ki,  bu marşrutla heç bir hərbi yük göndərilməməlidir.


"Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu dəhliz boyu minaları təhvil verib, indi bizim hərbçilər onları öyrənirlər. Hər iki tərəfdən çoxlu ittihamlar var.


Biz çox sadə bir şey təklif etdik: Rusiyanın ora göndərdiyi kontingentin bu hərəkətə nəzarət etmək səlahiyyəti var və hər bir avtomobildə qadağan olunmuş qeyri-humanitar, mülki olmayan malların olub-olmadığını yoxlamaq üçün hər cür imkan var.


Sözün əsl mənasında dünən və ya srağagün Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan nümayəndələri ilə Qarabağ nümayəndələri arasında görüşlər keçirilib. Düşünürəm ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq”, - Rusiya XİN rəhbəri bildirib.
 
2022-ci il dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizini bağlayıb. Rəsmi Bakı bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər.


İrəvan bunu humanitar fəlakət yaratmağa yönəlmiş təxribatı kimi qiymətləndirib. Respublikanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında bəyan edib ki,  blokadaya görə Qarabağda ərzaq qıtlığı yaranıb. Dekabrın 14-də Ermənistan Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa məcbur etmək tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
 
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da jurnalistlərə verdiyi müsahibədə bildirib ki, humanitar yardımların aparılmasında heç bir problem yoxdur və aksiya keçirildiyi dövr ərzində 400-dən çox sülhməramlı maşını Laçın dəhlizindən keçib. Prezident bəyan edib ki, Azərbaycan məqsədinə çatmayana qədər həmin yolda aksiya davam etdiriləcək. 

 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol