• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsaqqallar Şurası səfirliyə hücumla bağlı bəyanat yaydı

Ağsaqqallar Şurası səfirliyə hücumla bağlı bəyanat yaydı
28.01.2023 15:26
Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat qəbul edib.
 
Bəyanatda deyilir:
 
- Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən təxribatı hiddətlə qarşılayaraq, qərəzli surətdə hazırlanmış terror aktı kimi qiymətləndirir. Azərbaycanın toxunulmaz ərazisi hesab edilən səfirliyimizə silahlı hücumun qarşısının alınmamasını səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borclu olan İran hakimiyyətinin müvafiq beynəlxalq konvensiyaların tələblərinə əməl etməməsinin nəticəsi hesab edirik.
 
Bu qanlı terror aktı zamanı öz xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərova Allahdan rəhmət diləyərək ailəsinə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayırıq.
 
Son illərdə İranın rəsmi dairələrində və kütləvi informasiya vasitələrində Azərbaycana qarşı xoşagəlməz münasibət sərgilənir, hətta açıq şəkildə düşmənçilik təbliğatı aparılır. Bu siyasət fonunda səfirliyimizə silahlı hücumun düşünülmüş şəkildə həyata keçirlməməsi inandırıcı deyildir, belə ki, səfirliyi qorumalı olan İran polisinin öz vəzifə borcunu yerinə yetirməyərək heç bir tədbir görməməsi, əksinə hadisənin baş verməsinə şərait yaratması bunu bir daha sübut edir. Baş verən bu terror barədə ağlasığmaz yalan versiyalar irəli sürərək, məişət zəminindəki adi hadisə kimi qələmə vermək və cinayətkara bəraət qazandırmağa çalışmaq İranın hakimiyyət orqanlarının məsuliyyətdən yayınmağa cəhd etməsini göstərir.
 
Diplomatik imtiyazları və toxunulmazlıqları olan səfirlik əməkdaşlarının qətlinə yönəldilən bu terror aktı xalqımıza və dövlətçiliyimizə qarşı açıq təhdiddir. Azərbaycan Respublikasına qarşı nümayiş etdirilən bu cür düşmənçilik münasibətini qəbuledilməz hesab edirik və İran hökumətindən bu münasibətə son qoyulmasını tələb edirik ki, ən azı tarixi və dini yaxınlığımız olan qonşu dövlət kimi öz öhdəliklərinə əməl etsin, baş verən bu terror hadisələrinə göz yummasın.
 
Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin İran səfirliyində baş verən terror aktını bir daha qətiyyətlə pisləyərək, xalqımızdan üzr istənilməsini və bu təxribatın təşkilatçılarının müəyyənləşdirilərək ən ciddi şəkildə cəzalandırılmasını İran hökumətindən tələb edir. (modern.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol