• $
  • €
  • ₽
  • ₺
  • £

Aleksandr Lentsov Qarabağa niyə gəlir? - AÇIQLAMA

Aleksandr Lentsov Qarabağa niyə gəlir? - AÇIQLAMA
26.04.2023 13:09
General-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandiri t'yin olunub. Bu barədə "Sputnik Ermənistan” Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Rusiya Federasiyasının müdafiə nazirinin keçmiş müşaviri çalışmış Lentsov bu vəzifədə general-mayor Andrey Volkovu əvəz edəcək.
 
Millət vəkili Arzu Nağıyevin sözlərinə görə, Aleksandr Lentsovun yeni komandir təyin olunması Rusiyanın regiondakı maraqlarına xidmət edəcək. 
 
"Rusiya heç vaxt öz maraqlarından əl çəkməyib. İstər Volkovun dövründə, istərsə də indi Rusiya üçün öz maraqları ən mühüm məsələdir. Amma bütün maraqlara baxmayaraq 2025-ci ildə sülhməramlıların mandatı bitir və bundan sonra onlar regionu tərk etməlidirlər", - Nağıyev bildirib.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Aleksandr Lentsovun bölgəyə göndərilməsində məqsəd Rusiyanın bu ərazilərdə mövqeylərini möhkəmləndirmək istəyi ilə bağlıdır. 
 
"Gələn məlumatlar təstiq edir ki, sülhməramlıların yeni komandanı başqa bir missiya ilə bölgəyə gəlir. Təbii ki, biz bunu birbaşa deməkdə çətinlik çəkirik. Birdən-birə general polkovnik rütbəsində çalışan, vaxtı ilə böyük hərbi vəzifələr tutmuş bir şəxsin buraya göndərilməsi Rusiyanın bölgədə qalmaq istəkləri və mövqelərini möhkəmləndirməsi ilə bağlıdır. Mən bu rəhbər dəyişikliyində müsbət bir hal görmürəm. Rusiya Cənubi Qafqazdakı strateji mövqelərini bütün vasitələrlə möhkəmləndirməyə çalışır”, - Hüseynli bildirib.  
 
Aleksandr Lentsov 1956-cı il dekabrn 20-də Krasnodar diyarında anadan olub. Orta məktəbi bitirdikdən sonra Ryazan Ali Hava Desant Komandanlığı Məktəbinə qəbul edilib. 103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana göndərilib. 1980-1982-ci illərdə  hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. Kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində  Lentsov bir döyüşçüsünü də itirməyib və bir çox mühüm tapşırıqları yerinə yetirib.
 
1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi təyin edilib. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub.
 
Lentsov Əfqanıstan, birinci çeçen, ikinci çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib. 2013-cü ildən 2020-ci ilə qədər Rusiyanın Quru Qoşunları Baş Komandanının müavini vəzifəsini icra edib. O, 2014-cü ildə general rütbəsini alıb. 2009-2013-cü illər ərzində də Rusiya Hərbi Hava Qüvvələri komandirinin müavini vəzifəsində çalışıb.

Eltac Nurullazadə

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol