• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir - Ceyhun Bayramov

Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir - Ceyhun Bayramov
27.04.2023 15:51
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın tezliklə sülh müqaviləsi üzrə danışıqlar masasına qayıdacağını açıqlayaraq rəsmi  Bakının bu məsələdə İrəvanın qeyri-konstruktiv siyasət yürütdüyünü hesab etdiyini deyib. 

"Təəssüf ki, Ermənistan qeyri-konstruktiv siyasət aparır. Eyni zamanda, Azərbaycan danışıqlara  və sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistanın yaxın vaxtlarda danışıqlar masasına qayıtması gözlənilir”, - Bayramov cümə axşamı Bakıda Fransanın xarici işlər naziri Ketrin Kolonna iləbirgə  mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması kimi  məsələləri daha tez həll etmək olardı.

O bildirib ki, Kolonnaya regiondakı mövcud vəziyyət barədə məlumat verib.

Bayramov Laçın yolu ətrafındakı vəziyyətə toxunaraq Ermənistanın bu məsələdə manipulyasiya etdiyini və yolun hərəkət üçün açıq olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri həmçinin əlavə edib ki, Ermənistan Laçın yolundan başqa məqsədlər üçün istifadə edib, xüsusən də hərbi qulluqçuların qanunsuz köçürülməsi, onun boyu minaların atılması həyata keçirilib. "Bunun nəticəsində (2020-ci ilin noyabrından) 294 Azərbaycan vətəndaşı mina qurbanı olub.
 
Ceyhun Bayramovun fikrincə,  Bakı heç vaxt Parislə münasibətlərin pisləşməsinin təşəbbüskarı olmayıb.

"Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin pisləşməsinin təşəbbüskarı olmayıb. Azərbaycan ən çətin dövrlərdə belə təmaslardan yayınmayıb”, - Bayramov deyib. 

O, Fransa xarici işlər nazirinin Azərbaycana səfərini müsbət qiymətləndirib.

"Uzun illərdir ki, Azərbaycan və Fransa bir çox sahələrdə uğurla əməkdaşlıq edir, strateji layihələri, xüsusilə neft-qaz sektorunda uğurla həyata keçiriblər. Qarşılıqlı investisiyaların həcmi milyardlarla avro ilə hesablanır”, -  nazir vurğulayıb.

 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol