• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ermənistanla sülh danışıqlarında iştiraka hazırdır - nazir

Azərbaycan Ermənistanla sülh danışıqlarında iştiraka hazırdır - nazir
27.04.2023 16:49
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsi üzrə qarşıdan gələn növbəti danışıqlar raundunu qiymətləndirilməsinə real yanaşmağa çağırıb və prosesin asan olmayacaını qeyd edib.

"(...) Biz, əlbəttə ki, bütün vasitəçilərə minnətdarlığımızı bildiririk, xüsusən də son həftələrdə ABŞ-a bu istiqamətdə müsbət addımlar atdığına görə minnətdarıq.  Bu addımların nəticəsidir ki, Ermənistan danışıqlar masası arxasında oturmağa razılıq verib.  Ermənistan prosesə qayıtdığını bəyan edib. Əlbəttə, bizim gözləntilərimiz real olmalıdır, bu, asan proses deyil, lakin müntəzəm danışıqların aparılması mühüm mərhələ və addımdır”, - Bayramov cümə axşamı Bakıda Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakı danışıqlarda iştirak edəcək və "sülh prosesinə nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada keçiriləcək görüşlə bağlı razılıq əldə olunub. "Belə bir görüş  ilə bağlı razılıq əldə olunub. Konkret tarix daha sonra açıqlanacaq”, o, brifinqdə bildirib.

 Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2022-ci il dekabrın 23-də Moskvada görüşməli idilər, lakin İrəvanın imtinası səbəbindən  üçtərəfli görüş son anda pozulub.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol