• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ay Bayramov və Mirzoyan Moskvada görüşəcək - Prezident

Bu ay Bayramov və Mirzoyan Moskvada görüşəcək - Prezident
04.05.2023 10:58
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayda Rusiyada görüşəcəklər. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib. 

"Bu ay Rusiyada iki ölkə - Ermənistan və Azərbaycan nazirləri arasında danışıqların növbəti raundu keçiriləcək", - Əliyev deyib.
 
Eyni zamanda, o qeyd edib ki, iki ölkə arasında birbaşa danışıqları "daha ​​faydalı və zəruri” hesab edir. "Mən hesab edirəm ki, biz bu istiqamətdə daha da irəliləməliyik, əgər təbii ki, Ermənistan da buna hazırdırsa”, - o vurğulayıb.

İki ölkənin xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən danışıqlara toxunan Əliyev ümid etdiyini bildirib ki, bu danışıqlar "konkret nəticələrlə olmasa da, heç olmasa irəliləyiş əlamətləri ilə yadda qalacaq”.
 
Bundan əvvəl, Rusiyanın xarici işlər nazirinin sözçüsü Zaxarova iki ölkənin xarici işlər nazirlərinin Rusiyada sülh müqaviləsi üçün görüşəcəyini açıqlamışdı.
 
Sonuncu dəfə 2022-ci ilin dekabrında Mirzoyan Ceyhun Bayramovla Moskvada görüşməli idi. Lakin xarici işlər naziri görüşə gəlməkdən imtina edib.
 
XİN başçıları sonuncu dəfə oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşüblər.
 
Həmçinin sentyabrın 19-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
 
Hazırda Baramov və Mirzoyan Amerikadadır. Onlar sülh müqaviləsi üzrə danışıqlar prosesi həyata keçirir. Danışıqların bir neçə gün davam etdirilməsi gözlənilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol