• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngəzur dəhlizinin açılmaması İranın mövqeyi ilə bağlıdır - Ərdoğan

Zəngəzur dəhlizinin açılmaması İranın mövqeyi ilə bağlıdır - Ərdoğan
14.06.2023 15:41
Zəngəzur dəhlizinin yaradılması ilə bağlı problemlər Ermənistanla bağlı deyil, İranın mövqeyi ilə bağlıdır. Bunu Türkiyə prezidenti Ərdoğan deyib.

"İranın davranışı həm Azərbaycanı, həm də bizi narahat edir. Təəssüf ki, daşıma tarifləri çox yüksəkdir. Ümid edirəm ki, bu problemi tezliklə həll edəcəyik. İrandan müsbət yanaşma olarsa, bu gün Türkiyə, Azərbaycan və İran həm avtomobil, həm də dəmir yolu vasitəsilə bir-birinə inteqrasiya olunacaq”, - Prezident Habertürkə müsahibəsində bildirib.

Türkiyə lideri İranın konkret hansı mövqeyinin ona uyğun gəlmədiyi barədə əlavə məlumat verməyib.
 
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. 
 
2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir", -bəyanatın 9-cu maddəsində qeyd olunub. 
 
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacağı vurğulanıb. 
 
Eyni zamanda, 2020-ci il Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandıqdan sonra İrəvan təkid edir ki, 9 noyabr bəyanatı dəhlizin açılmasını nəzərdə tutmur və Ermənistan belə bir məsələni müzakirə etməkdən imtina edir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol