• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN Fransa XİN-ə cavab verib

Azərbaycan XİN Fransa XİN-ə cavab verib
17.06.2023 13:42
16 iyun 2023-cü il tarixində Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanat bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın 16 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb.

"Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq təsis etdiyi Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən hər iki istiqamətə yüzlərlə erməni sakininin tənzimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkətini təmin edib. Bu səylərə baxmayaraq, 15 iyun tarixində məhz Ermənistan tərəfindən sərhəd keçid məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb. Hal-hazırda, sərhəddən keçid üzrə təhlükəsizlik və istintaq tədbirləri həyata keçirilir.

Ermənistan tərəfindən Laçında qeyd edilən təxribata və digər istiqamətlərdə ərazilərimizin atəşə tutulmasına baxmayaraq, Fransa tərəfinin məsələyə birtərəfli yanaşması təəssüf doğurur.

Bununla yanaşı, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaları Azərbaycan ərazisində basdırması da daxil olmaqla mülki əhalini mina təhdidinə məruz qoymasına, 30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə almasına, eləcə də güc yolu ilə qovduğu azərbaycanlıların öz yurd-yuvalarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə bir sıra təxribatları ilə maneçilik törətməsinə Fransa tərəfinin indiyə qədər heç bir reaksiya verməməsi də sual doğuran məqamlardandır.

Ermənistan tərəfi sülh prosesinə mane olan təhrikçi hərəkətlərə son qoymalı, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmalı, bölgədə maneəsiz kommunikasiyaların bərpa olunması üzrə öhdəliklərini yerinə yetirməlidir.

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmindədir.

Qeyd edilənlər nəzərə alınmaqla, Fransa tərəfini bir daha bu kimi mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamağa çağırırıq", - bəyanatda vurğulanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol