• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın keçid məntəqəsi haqqında yazılanlar əsassızdır - Türkiyəli nazir

Laçın keçid məntəqəsi haqqında yazılanlar əsassızdır - Türkiyəli nazir
31.07.2023 14:24
Laçın-sərhəd keçid məntəqəsinin bağlanması haqqında Ermənistanın yaydığı məlumatlar əsassızdır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. 
 
"Laçın Azərbaycana aiddir. Azərbaycanda hansı addımların atdığını özü daha yaxşı bilir. Ermənistan üçün də tibbi xidmətlərin keçirilməsi üçün şərait yaradılıb. Qardaş ölkə üçün səsləndirilən ittihamların əsası yoxdur", - XİN naziri azərbaycanlı həmkarı ilə Ankarada jurnalistlər üçün keçirilən brifinqdə deyib.  
 
 
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb.
 
Bildirilib ki, iyulun 1-5 arasında BQXK-nın avtomobilləri tərəfindən bəyan edilməmiş mobil telefonlar,siqaret və benzin qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd olunub. 
 
Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəəruri tədbirlər görülməsi açıqlanıb və qeyd olunub ki, Laçın buraxılış məntəqəsindən keçid müvvəqəti olaraq dayandırılıb. 
 
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar. Separatçı rejimin prezidenti iyulun 17-də Xankəndində mərkəzi meydanda aksiyaya qoşulduğunu elan etsə, iyulun 26-da aksiyada iştirakıını başa vurduğunu elan edib. Bildirib ki, beynəlxalq təşkilatlar lazım olan tədbirlər görməsə daha sərt addımlar atılacaq. 
 
2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Baş verən insidentdən sonra Laçın sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi müvəqqəti olaraq dayandırılmışdı.
 
Gülnar 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol