• $
  • €
  • ₽
  • ₺
  • £

Ombusdman Qarabağ ermənilərinə müraciət edib

Ombusdman Qarabağ ermənilərinə müraciət edib
29.09.2023 13:05
Qarabağda yaşayan ermənilər çətinliklə üzləşdiyi halda Ombusdmanın "916" çağrı mərkəzinə müraciət edə bilər. Bu barədə qurumun yaydığı məlumatda deyilir. 
 
"Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir. Bildirmək istərdik ki, hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərlərsə, 24/7 rejimində fəaliyyət göstərən "916” Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada Ombudsmana müraciət edə bilərlər", - açıqlamada bildirilib. 
 
Qeyd olunub ki, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzində olacaq. 
 
Sentyabrın 21-də Yevlaxda Qarabağ erməni nümayəndələri arasında görüş keçirilib. Görüşdə renteqrasiya məsələləri müzakirə edilib. 
 
Azərbaycan tərəfi artıq renteqrasiya ilə bağlı rəsmi sayt yaradıb. Qarabağda yaşayan ermənilər sayt üzərindən qeydiyyatdan keçməklə müraciət edə bilərlər. 
 
Ermənistan mətbuatının məlumatlarına görə Qarabağı tərk edən ermənilərin sayı 50 mini keçib. Bu rəqəmlər Azərbaycan tərəfindən təsdiqini tapmayıb. 
 
Qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti" Samvel Şahramanyan qondarma rejimin 2024-cü il yanvarın 1-dən buraxılması barədə qərar verib. 
 
Sentyabrın 23-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması, onların pasportlaşdırılması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin diqqətdə saxlandığını deyib.


Sentyabrın 19-da  Bakı lokal antiterror tədbirlərinə başladığını elan edib və erməni hərbçilərinin bölgədən çıxarılmasını tələb edib. İrəvan Qarabağda erməni silahlı qüvvələrinin olmadığını bəyan edib və baş verənləri "genişmiqyaslı təcavüz” adlandırıb. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olundu və ertəsi gün Azərbaycanın Yevlaxda Bakı və Qarabağın erməni əhalisinin nümayəndələrinin "reinteqrasiya məsələlərini müzakirə etmək üçün” görüşü keçirilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol