• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan XİN BMT missiyasının işindən hiddətləndiyini açıqlayıb

Ermənistan XİN BMT missiyasının işindən hiddətləndiyini açıqlayıb
06.10.2023 09:53
Ermənistan Xarici İşlər Nazirliyi BMT-nin Qarabağ üzrə nümayəndə heyətinin işindən hiddətləndiyini açıqlayıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub. 


"Ermənistan  BMT nümayəndə heyətinin Qarabağa səfəri  və onun nəticələri üzrə dərc edilmiş press-reliz barədə məlumatı dərin narahatlıq və məyusluq hissi ilə qarşılayıb. BMT nümayəndə heyətinin oktyabrın 2-də səfəri "erməni tərəfinin və beynəlxalq ictimaiyyətin gözləntilərini” əks etdirmir. 

Bundan əvvəl Ermənistan BMT-nin Qarabağdakı missiyasını Azərbaycanın "cinayətlərini" leqallaşdırmaqda ittiham edib.
 
Oktyabrın 2-də  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə BMT missiyası oktyabrın 1-də Azərbaycanın Qarabağ regionuna səfər edib. Missiya rəsmi olaraq açıqlayıb ki, Qarabağda heç bir etnik təmizlənmə aparılmır və insanlar oranı özləri tərk edib. Təşkilat bildirib ki, hazırda Qarabağda 50-1000 arası erməni qalıb. 

Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası planını açıqlayıb. Qeyd olunub ki, Qarabağda yaşayan bütün erməni vətəndaşların hüquq və azadlıqlarları təmin olunacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol