• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Britaniyanın xarici işlər naziri İsrailə gedib

Böyük Britaniyanın xarici işlər naziri İsrailə gedib
11.10.2023 16:19
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailə gedib. Bu barədə Sky News məlumat yayıb. 

"Ceyms Kleverli bu gün günorta saatlarında İsrailə gəlib və orada hücumlardan sağ çıxanlarla görüşəcək”, -  məlumatda bildirilir.

Böyük Britaniyanın xarici işlər nazirinin İsrail prezidenti İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşəcəyi də qeyd edilir.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, London tərəfdaşları ilə birlikdə İsrailə dəstək tədbirləri hazırlayır. O, həmçinin HƏMAS-ın İsrailə hücumunu "alçaq və qorxaqlıq" adlandırıb.

Tehran HƏMAS hərəkatı və İslami Cihad yaraqlılarının  İsrailə hücumunu rəsmən dəstəkləyib.
 
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Baş verən hadisələr  fonunda İsraildə  800 nəfər ölüb, 2750 nəfər yaralanıb. Qəzzada  isə 510 nəfər öldüyü , 2243 nəfər yaralandığı bildirilir. 
 
Avropa İttifaqı oktaybrın 10-da HƏMAS-ın İsrailə hücumu ilə bağlı fövqəlada iclas keçirəcəyini açıqlayıb. 
 
Aytac 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol