• $
  • €
  • ₽
  • ₺
  • £

Sülh müqaviləsinin imzalanmasına Rusiya dəstək göstərə bilər - Putin

Sülh müqaviləsinin imzalanmasına Rusiya dəstək göstərə bilər - Putin
13.10.2023 15:41
Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında dəstək göstərməyə hazırdır. Bunu rusiya Prezidenti Vladimir Putin deyib.  

"Gündəmdə uzun müddətdir davam edən bu münaqişəyə son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi təbii ki, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, biz danışıqların Moskvada təşkili ilə bağlı razılığa gəldik”, - Putin cümə günü Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb. 
 
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 

 
Gülnar Nazimqızı 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol